İspaniya Ukraynaya zenit raket kompleksləri və “Leopard” döyüş tankları verəcək

İspaniya Ukraynaya zenit raket kompleksləri və “Leopard” döyüş tankları verəcək

Hazırda oxunan: İspaniya Ukraynaya zenit raket kompleksləri və “Leopard” döyüş tankları verəcək

77785

İspaniya Ukraynaya zenit-raket kompleksləri və “Leopard” döyüş tankları verməyə hazırlaşır. Ukraynalı hərbçilər həmin texnikaları idarə etmək üçün təlim keçirlər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “West Observer” nəşri hökumətdəki mənbələrə istinadən yazıb.

Mənbə qeyd edir ki, İspaniya Müdafiə Nazirliyi artıq Kiyevə “Shorad Aspide” zenit-raket kompleksinin akkumulyatorunun çatdırılmasını başa çatdırır.

İspaniya hökuməti, həmçinin Saraqosadakı logistika bazasında on ildir fəaliyyət göstərməyən Leopard A4 döyüş tanklarını verməyə hazırlaşır. Bu tankları Almaniya 1995-ci ildə İspaniyaya satıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO