Putindən Ukraynaya daha bir XƏBƏRDARLIQ: “Kiyev uzaqmənzilli raketlər alarsa...” - VİDEO

Putindən Ukraynaya daha bir XƏBƏRDARLIQ: “Kiyev uzaqmənzilli raketlər alarsa...” - VİDEO

Hazırda oxunan: Putindən Ukraynaya daha bir XƏBƏRDARLIQ: “Kiyev uzaqmənzilli raketlər alarsa...” - VİDEO

77766

“Kiyev uzaqmənzilli raketlər alarsa, Rusiya bundan nəticə çıxaracaq və hələ Ukraynada vurulmayan obyektlərə zərbə endirəcək”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalının müxbiri Pavel Zarubinə müsahibəsində səsləndirib.

Onun sözlərinə görə, ABŞ-ın MLRS sisteminin tədarükü heç nəyi dəyişməyəcək, çünki belə sistemlər Ukrayna ordusunda var.

“Ukraynanın artilleriya tədarükü ilə bağlı müraciətləri həm də itkilərin əvəzini çıxmaq istəyidir”, deyə o, qeyd edib.

Kremlin sahibinin fikrincə, Qərbin Ukraynaya silah tədarükü ətrafında hay-küy salması, sadəcə, silahlı münaqişəni uzatmaq üçün bir vasitədir.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO