Rusiyanın bu vaxtadək İTKİLƏRİ: 31150 hərbçi, 1381 ədəd tank...

Rusiyanın bu vaxtadək İTKİLƏRİ: 31150 hərbçi, 1381 ədəd tank...

Hazırda oxunan: Rusiyanın bu vaxtadək İTKİLƏRİ: 31150 hərbçi, 1381 ədəd tank...

77760

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı məlum olub.

Bizim.Media Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, döyüşlər nəticəsində Rusiyanın 31 150 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, hücum edən tərəfin 1 381 ədəd tankı, 3 392 ədəd zirehli döyüş maşını, 686 ədəd artilleriya sistemi, 207 ədəd RYAS-i (reaktiv yaylım atəş sistemi), 95 hava hücumundan müdafiə sistemi, 210 ədəd hərbi təyyarəsi, 175 ədəd helikopteri, 2 360 ədəd nəqliyyat vasitəsi və avtoçən, 13 ədəd gəmi-kateri, 548 ədəd dronu, 122 qanadlı raket və 53 ədəd xüsusi texnikası məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO