“Ukrayna limanlarından taxıl ixracına şərait yaratmağa hazırıq” - Rusiya XİN 

“Ukrayna limanlarından taxıl ixracına şərait yaratmağa hazırıq” - Rusiya XİN 

Hazırda oxunan: “Ukrayna limanlarından taxıl ixracına şərait yaratmağa hazırıq” - Rusiya XİN 

77534

"Kiyev akvatoriyanı minalardan təmizlədikdən sonra Rusiya taxılın Qara dənizin beynəlxalq sularına təhlükəsiz ixracını təmin etməyə hazırdır". 

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

“Rusiya Odessadan, Qara və Azov dənizlərindəki digər limanlardan taxıl ixracı üçün şərait yaratmağa hazırdır.

Akvatoriyanın minalardan təmizlənməsi halında biz taxılın Qara dənizin beynəlxalq sularına daşınmasını, o cümlədən müşayiət edən gəmilərin təhlükəsiz hərəkətini təmin etməyə hazır olacağıq”, - deyə Rusiya XİN rəsmisi bildirib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO