Zelenski “Rusiya ilə sövdələşməyə dəyərmi?” sualına cavab axtarır

Hazırda oxunan: Zelenski “Rusiya ilə sövdələşməyə dəyərmi?” sualına cavab axtarır

75610

“Ukrayna Qara dənizi müstəqil şəkildə blokadadan çıxara biləcək. Bunu etmək üçün ona lazımi ağır silahlar, xüsusən də MLRS çoxsaylı buraxılış raket sistemləri verilməlidir”.

Bizim.Media “RBK-Ukrayna”ya istinadən xəbər verir ki, bunu Ukrayna prezidentinin aparatının rəhbərinin müşaviri Mixail Podolyak deyib.

Onun fikrincə, 1,6 milyard insan qida çatışmazlığı səbəbindən qidasız qala, yüz milyonlarla insan isə qiymətlərin artması səbəbindən yoxsulluq həddindən aşağı düşə bilər.

O, ritorik sual da verib: yüz milyonlarla insanı girov götürmüş bir ölkə ilə (Rusiya nəzərdə tutulur) sövdələşməyə (“bazarlıq” etməyə) dəyərmi?

“Bizim daha yaxşı fikrimiz var: dünya Qara dənizin blokadasını açmaq üçün MLRS sistemlərinin və digər zəruri ağır silahların Ukraynaya təhvil verilməsi ilə bağlı razılığa gəlməlidir. Onda hər şeyi özümüz edəcəyik”, - Podolyak yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO