Kiyev Rusiya ilə barışığın şərtini açıqladı

Hazırda oxunan: Kiyev Rusiya ilə barışığın şərtini açıqladı

75584

“Atəşkəs yalnız Rusiya qoşunlarının Ukraynadan çıxarılmasından sonra mümkündür, Kiyev isə heç bir ərazini Moskvaya verməyə razı olmayacaq”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak Reuters agentliyinə müsahibəsində səsləndirib.

Kiyevin mövqeyinin getdikcə barışmaz hala gəldiyini etiraf edən Podolyak izah edib ki, bu cür güzəştlərin Ukrayna üçün ağır nəticələri olacaq, çünki sonda Rusiya hərbi əməliyyatlardakı fasilədən istifadə edərək yenidən hazırlıq görüb zərbə endirə biləcək.

"Müharibə Rusiyaya güzəştlərdən sonra dayanmayacaq. Sadəcə olaraq, bir müddətlik fasilə veriləcək". BBC-nin Rus xidməti Podolyakın dediklərindən sitat gətirib.

“Bir müddət sonra Rusiya ordusu silahlarını, canlı qüvvəsini artıracaq, səhvlərini aradan qaldıracaq, kiçik modernləşdirmə aparacaq, bir çox generalı işdən çıxaracaq... Və onlar yeni, genişmiqyaslı hücuma keçəcəklər”, - Podolyak qeyd edib.

Ukrayna Prezident Aparatının nümayəndəsi son vaxtlar Qərbdə eşidilən təcili atəşkəs çağırışlarını çox qəribə adlandırıb.

“Rusiya silahlı qüvvələri ölkəni tərk etməlidir və bundan sonra sülh prosesini bərpa etmək mümkün olacaq”, - Podolyak yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO