“Qələbəmiz döyüş meydanında olacaq” - Zelenski

Hazırda oxunan: “Qələbəmiz döyüş meydanında olacaq” - Zelenski

75489

“Düzdür, biz bu müharibəni başlamamışıq, amma biz onu bitirməliyik. Düşündüm ki, biz bunu sırf dialoqla bitirə bilərik”.

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski əlavə edib ki, bu dialoqda Rusiya tərəfi ilə bir çox suallara cavab və bir çox həll yolları tapmağın mümkünlüyünə inanır:

“Qələbə çox çətin olacaq, qanlı olacaq, mütləq döyüş meydanında olacaq, amma sonu mütləq diplomatiya çərçivəsində olacaq. Mən buna əminəm. Çünki bəzi şeylər var ki, biz onları danışıqlar masası xaricində yekunlaşdıra bilməyəcəyik... Çünki biz hər şeyi geri qaytarmaq istəyirik, Rusiya Federasiyası isə heç nəyi vermək istəmir. Ona görə də sonluq belə olacaq”. 

Bundan əvvəl Prezident Aparatının rəhbərinin müşaviri Mixail Podolyak bildirib ki, Ukrayna müharibə son mərhələsinə qədəm qoyur.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO