Şoyqu: “Azovstal”da indiyə qədər 1908 silahlı təslim olub”

Hazırda oxunan: Şoyqu: “Azovstal”da indiyə qədər 1908 silahlı təslim olub”

75352

“Mariupoldakı “Azovstal” zavodunda mühasirədə olan 1900-dən çox ukraynalı silahlı artıq təslim olub”. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu nazirliyin kollegiya iclasında bildirib. 

“Azovstal” zavodunun mühasirəsi davam edir. Ukrayna millətçiləri tərəfindən orada saxlanılan mülki şəxslər zavodun ərazisindən təxliyə edilib.

85-i qadın, 47-si uşaq olmaqla 177 nəfər xilas edilib. Hər kəsə ixtisaslı tibbi və psixoloji yardım göstərilib. Zavodda mühasirədə qalan millətçilər təslim olmağa başlayıb. İndiyə kimi 1908 nəfər silahlarını yerə qoyub”, - deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO