Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı: 203 təyyarə, 167 helikopter…

Hazırda oxunan: Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini açıqladı: 203 təyyarə, 167 helikopter…

75122

Ukraynanın tammiqyaslı işğalı başlayandan bəri Rusiya artıq 28 500 hərbçisini itirib. 

Bizim.Media “RBK-Ukrayna Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.

Mənbə fevralın 24-dən mayın 19-dək düşmənin ümumi itkisini açıqlayıb.

“Hərbçilər - təxminən 28500 (+200) nəfər,

tanklar - 1254 (+3) ədəd,

zirehli döyüş maşınları - 3063 (+20) ədəd,

artilleriya sistemləri - 595 (+9) ədəd,

hava hücumundan müdafiə sistemləri - 93 (+2) ədəd,

təyyarə - 203 (+1) ədəd,

helikopterlər - 167 (+0) ədəd,

PUA-lar - 455 (+14),

qanadlı raketlər - 103 (+1),

gəmilər / qayıqlar - 13 (+0) ədəd,

avtomobillər və yanacaq daşıyan maşınlar - 2157 (+20) ədəd,

xüsusi texnika - 43 (+0).

Düşmənin son sutka ərzində ən böyük itkiləri Slavyansk, Krivoy Roq və Zaporojye istiqamətlərində müşahidə olunub”, - məlumatda deyilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO