“Azovstal”da döyüşən 265 ukraynalı əsgər təslim oldu – VİDEO

Hazırda oxunan: “Azovstal”da döyüşən 265 ukraynalı əsgər təslim oldu – VİDEO

74774

Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib ki, son gün ərzində Mariupoldakı “Azovstal” zavodunda blokadaya alınan 265 ukraynalı əsgər silahlarını yerə qoyaraq təslim olub.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “İnterfaks” agentliyi yayıb. 

"Təslim olanlardan 51-i ağır yaralıdır". Konaşenkov çərşənbə axşamı keçirdiyi brifinqdə belə deyib.

Onun sözlərinə görə, təslim prosesi bazar ertəsi başlayıb.

Konaşenkov bildirib ki, tibbi yardıma ehtiyacı olanların hamısı tanınmamış "DXR"in Novoazovsk şəhərindəki xəstəxanaya müalicəyə göndərilib.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO