"Son sutkada Rusiyanın 7 hava hədəfi vurulub" - Ukrayna Baş Qərargahı

Hazırda oxunan: "Son sutkada Rusiyanın 7 hava hədəfi vurulub" - Ukrayna Baş Qərargahı

74097

“Moldovanın Dnestryanı bölgəsində gərginlik davam edir. Volın və Polissya ərazilərində aktiv hərəkət yoxdur”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı “Facebook” səhifəsində məlumat yayıb. 

“Severski istiqamətində Bryansk və Kursk vilayətlərində Ukrayna-Rusiya sərhədinin mühafizəsinin gücləndirilməsi tədbirləri davam etdirilir.

Əsas səylər Vesele qəsəbəsi ərazisində Ukrayna qoşunlarının irəliləməsinin qarşısını almağa yönəldilib. Donetsk istiqamətində isə əsas səylər Rubijne qəsəbəsində tam nəzarəti bərpa etməyə istiqamətlənib. Düşmən şəhərə tam nəzarət etmək və ukraynalı müdafiəçilərin müqavimətini qırmaq üçün strateji aviasiyadan istifadə edir.

Qarşı tərəfin hava kəşfiyyatı davam edir. Kuraxiv istiqamətində düşmən Marinka qəsəbəsi istiqamətində hücum əməliyyatları keçirib” – deyə məlumatda qeyd edilib. 
Həmçinin bildirilib ki, son sutka ərzində Rusiya qoşunlarının 7 hava hədəfi vurulub:

“Onlardan 5-i PUA, 1-i Ka-52 helikopteri, 1-i isə qanadlı raketdir. Təkcə Donetsk və Luqansk istiqamətlərində Ukrayna müdafiəçiləri düşmənin 18 hücumunun qarşısını alıb. Həmçinin 13 tank, 8 artilleriya sistemi, 27 zirehli döyüş maşını, 2 xüsusi mühəndis texnikası və 5 texnika məhv edilib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO