Birinci Kanal, Rossiya-1, NTV... – ABŞ-ın Rusiyaya qarşı yeni SANKSİYALARI

Hazırda oxunan: Birinci Kanal, Rossiya-1, NTV... – ABŞ-ın Rusiyaya qarşı yeni SANKSİYALARI

73360

Ukraynada insan hüquqlarının pozulmasında iştiraklarına görə Rusiya hərbçilərinə ABŞ-a giriş vizaları verilməyəcək. O cümlədən 2.6 min Rusiya və Belarus rəsmisi Amerika sərhədini keçə bilməyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı TASS agentliyi yayıb.

Bundan əlavə, ABŞ hökuməti Amerika vətəndaşlarına və şirkətlərinə Rusiya firmalarının audit, konsaltinq və marketinq xidmətləri göstərməyi qadağan edib.

ABŞ, həmçinin Birinci Kanal, Rossiya-1, NTV-yə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib. Qadağa onlara avadanlıqların verilməsinə, həmçinin Amerika şirkətlərinin bu kanallarda reklam yerləşdirməsi imkanlarına təsir edəcək.

Sberbank rəhbərliyinin 8 nümayəndəsinə və “Qazprombank”ın daha 27 nümayəndəsinə qarşı sanksiyalar, habelə Moskva Sənaye Bankı və onun 10 törəmə müəssisəsinə qarşı məhdudiyyətlər də tətbiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO