Putin sağ qalan ukraynalıları Rusiyanın ucqar bölgələrinə göndərir – 66 düşərgə yaradılıb

Hazırda oxunan: Putin sağ qalan ukraynalıları Rusiyanın ucqar bölgələrinə göndərir – 66 düşərgə yaradılıb

73337

Vladimir Putinin məmurları Kremlin əmrlərini yerinə yetirərək müharibə zamanı sağ qalan ukraynalıları evlərindən 5500 mil (1 mil 1,6 km-dir) məsafədə yerləşən Rusiyanın ucqar bölgələrinə göndərirlər.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “inews.co.uk” saytında yer alıb.

Mənbə yazır ki, onların arasında mühasirəyə alınan liman şəhəri Mariupoldan sağ qalanlar da var. Burada mülki əhali Azovstal polad zavodunda tələyə düşüb. Rus qoşunları şəhərin son müdafiəçilərini zərərsizləşdirmək üçün son addım atırlar.

Rusiyanın yerli xəbərlərini təhlil edərək aparılan araşdırma zamanı keçmiş sovet sanatoriyalarında, o cümlədən Sibir, Qafqaz, Arktika Dairəsi və Uzaq Şərq də daxil olmaqla digər bölgələrdə 66 düşərgə aşkar edilib.

Ukraynalıları evlərindən çıxararaq qatara mindirirlər və Rusiya sərhədinədək aparırlar. İddia edilir ki, Rusiya bir milyon insanı müharibə zonasından evakuasiya edib.

“Human Rights Watch” təşkilatının Avropa və Mərkəzi Asiya üzrə direktor müavini Tanya Lokşinanın sözlərinə görə, minlərlə ukraynalının təzyiq altında Rusiyaya aparıldığına dair kifayət qədər sübutlar var:

“Biz baş verənlərdən son dərəcə narahatıq. Onlar Ukraynanın daha təhlükəsiz bölgələrinə evakuasiya edilmək əvəzinə Rusiyaya, Ukrayna və ya Avropa sərhədlərindən çox uzaqda yerləşən ucqar ərazilərə göndərilir. İmkansız olan bu şəxslərin çoxunun şəxsiyyət vəsiqəsi belə yoxdur.

38 düşərgədə 621 uşaq olmaqla 6250 nəfər müəyyən edilib. 66 düşərgədə isə təxminən 10 800 nəfər saxlanılır. Onlardan 1 000 nəfəri uşaqdır. Düşərgələrin üçdə birindən çoxu Mariupol vətəndaşlarıdır.

Təhlillərimiz göstərir ki, onları yerləşdirmək üçün təxminən 6000 düşərgəyə ehtiyac var”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO