Ukraynada daha bir azərbaycanlı zabit yaralandı - FOTO

Hazırda oxunan: Ukraynada daha bir azərbaycanlı zabit yaralandı - FOTO

73192

Ukrayna Silahlı Qüvvələrinin daha bir azərbaycanlı zabiti yaralanıb. 

Bizim.Media xəbər verir ki, Vinnitsa Azərbaycan Cəmiyyətinin rəhbəri Əliş Səfərovun məlumatına görə, bu, əslən Azərbaycanın Ağdam rayonundan olan Əliyev Ruslan Müslim oğludur. 

O, Ukrayna ordusunun baş leytenantıdır, Ukrayna vətəndaşıdır və Donbas istiqamətində yaralanıb. Hazırda R.Əliyev Vinnitsa vilayət xəstəxanalarının birində müalicə alır. 

"Vəziyyəti normaldır. O, və digər burada yaralı yatan azərbaycanlı Ukrayna ordusu əsgəri Əliyev Raqif bizim də nəzarətimizdədir. Növbəti dəfə bu gün baş çəkəcəyik", - Ə.Səfərov əlavə edib. (Report) 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO