Aktyor Selcuk Yöntemin aparıcılıq etdiyi “Kim milyonçu olmaq istəyir”x9d yarışma proqramında Kayseridən qatılan iştirakçı Emsal Tekin maraqlı oyunuyla yadda qalıb.
Ali təhsili olmayan evdar qadın suallara sürətli cavab verib.
O, ilk mərhələdə uduzan universitet tələbələrinə də söz ataraq “utansınlar”x9d deyib.
Veriliş boyu aparıcını və tamaşaçıları güldürən E.Tekin 30 min lirə qazanıb. Vaxt bitdiyi üçün o, yarışmaya gələn həftə davam edəcək.(xəzərxəbər)







































































































