İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 100 minə çatdı

Hazırda oxunan: İtaliyaya sığınan ukraynalı qaçqınların sayı 100 minə çatdı

71159

Bu vaxtadək İtaliya ərazisinə 100 minədək ukraynalı qaçqın daxil olub.

Bizim.Media xəbər verir ki, informasiyanı İtaliya Daxili İşlər Nazirliyi yayıb.

Mənbə qeyd edir ki, ölkəyə ümumilikdə 99 min 788 Ukrayna vətəndaşı gəlib. Onlardan 51 min 593-ü qadın, 12 min 307-si kişi və 35 min 888-i isə yetkinlik yaşına çatmayanlardır.

Ukrayna vətəndaşlarının 95 min 244-ü birbaşa sərhəddən, 4544-ü isə dəmir yolu polis idarəsinin nəzarətində İtaliyaya gəlib.

Qaçqınlar əsasən Milan, Roma, Neapol və Bolonya şəhərlərində qaçqın şəhərciklərinə və təbii fəlakətlər zamanı insanların sığınması üçün nəzərdə tutulan evlərə yerləşdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO