Zelenski: “Rus milyarder Abramoviç Kiyevə gəlmişdi”

Hazırda oxunan: Zelenski: “Rus milyarder Abramoviç Kiyevə gəlmişdi”

71125

“Rusiyalı oliqarx Roman Abramoviç Rusiya Federasiyasından olan nümayəndə heyətinin tərkibində Kiyevə səfər edib”.

Bizim.Media xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Vladimir Zelenski mətbuat konfransında deyib.

“Mən bildiyimə görə, o, Rusiya tərəfindən danışıqlar qrupunun üzvüdür. O, Kiyevdə olub. Onun görüşlərinin formatını müzakirə etməyə hazır deyiləm”, - deyə Zelenski deyib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Roman Abramoviçin nümayəndəsi bildirib ki, iş adamı Ukrayna paytaxtında olmayıb və Rusiya ilə Ukrayna arasında danışıqların tərkibində iştirak etməyib. (APA)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO