Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI – 3 təyyarə, 9 PUA... 

Hazırda oxunan: Ukrayna Baş Qərargahı Rusiyanın itkilərini AÇIQLADI – 3 təyyarə, 9 PUA... 

70854

“Ukraynanın Donetsk və Luqansk vilayətləri ərazisində Rusiya işğalçılarının 10 hücumunun dəf olunması nəticəsində 6 tank, 8 zirehli texnika, 15 avtomobil texnikası və 4 artilleriya sistemi məhv edilib”.

Bizim.Media xəbər verir ki, by məlumatı Ukrayna Silahlı Qüvvələri Baş Qərargahı yayıb.

Bildirilib ki, Ukrayna Hərbi Hava Qüvvələri, Quru və zirehli tank qoşunları, dəniz piyadaları, milli qvardiya ilə birlikdə son sutkada Rusiyanın 15 hədəfini - 9 PUA-sını ("Orlan-10"), 3 təyyarəsini ("Su-34", "Su-35", "Su-25") və 3 helikopterini (2 "Mi-8" və bir "Ka-52") məhv edib.
Məlumata görə, Ukraynanın Novoaydar şəhərindəki mərkəzi rayon xəstəxanasına Rusiyanın 50-dən çox hərbçisinin meyiti, 220 yaralı hərbçisi yerləşdirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO