Rusiya gəmiləri Ukrayna sahillərindən 200 km geriyə çəkildi

Hazırda oxunan: Rusiya gəmiləri Ukrayna sahillərindən 200 km geriyə çəkildi

70315

Rusiya Qara dəniz donanmasının hərbi gəmilərini Ukrayna sahillərindən 200 km uzaqlaşdırıb. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı RBK-Ukrayna nəşri "Cənub" əməliyyat komandanlığının Facebook səhifəsinə istinadən yayıb.

“Qara dəniz əməliyyat zonasında düşmənin raket və desant gəmilərindən ibarət gəmiləri sahillərimizdən təxminən 200 km uzaqlaşıb. Lakin dənizdə gəmilərlə yükün daşınmasına və Ukraynaya raket zərbələri təhlükəsi hələ də qalır”, - mesajda deyilir.
Qeyd olunur ki, ötən həftə Ukrayna Silahlı Qüvvələri Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı hesab edilən “Moskva” raket kreyserini iki “Neptun” raketi ilə vurub. Nəticədə gəmi buksirlə sahilə aparılarkən batıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO