Moskvada Zelenskinin “qayınanası” tapıldı: TƏQİB OLUNUR - VİDEO

Hazırda oxunan: Moskvada Zelenskinin “qayınanası” tapıldı: TƏQİB OLUNUR - VİDEO

70303

Volodimir Zelenskinin qayınanasının adaşı Moskvada yaşayır, onun fərqli doğum tarixi var. Buna baxmayaraq, Rusiya mediası artıq qadınla bağlı "araşdırma" yayıb və onun Ukrayna prezidentinin Moskvadakı daşınmaz əmlakı olduğunu deyirlər. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Mediazona” nəşri yayıb.

Rusiya Federasiyasında Zelenskinin qohumu kimi qeydiyyata alınan moskvalı Olqa Kiyaşkonun arxasınca özlərini jurnalist kimi təqdim edən qəribə adamlar gəlir.

Nəşr yazır ki, Olqa çoxdan bilirdi ki, o, Ukrayna prezidenti Volodimir Zelenskinin qayınanasının tam adaşıdır. Eyni zamanda, Olqanın sözlərinə görə, onun Ukraynada heç bir qohumu yoxdur.

"Jurnalistlərin" evinə qəribə səfərindən sonra moskvalı Yandex.News-a gedib və orada ən son nəşrlər arasında Ukrayna Prezidentinin qohumlarının "Rusiyada daşınmaz əmlaka sahib olduqları" barədə bir-birinə bənzər qeydlər tapıb.
“Zelenskinin qayınanası” elan edilən moskvalı Olqa Kiyaşko deyir ki, indi onu təqib edən insanlar üzündən təhlükəsizliyindən qorxur.

“Onları göndərənlər bilərəkdən feyk yaradırlar. Çox güman ki, gözəl bilirlər ki, mən o qadın deyiləm. Sadəcə hansısa ajiotaj yaratmaq istəyirlər. Düzünü desəm, qorxmaz insan olsam da, artıq qorxmağa başlamışam. Hamı kimi mən də müharibə əleyhinə aksiyalara getmişəm. Qorxuram ki, hansısa planın bir hissəsi ola bilərəm, məsələn “Budur, Zelenskinin qayınanasını həbs etdik” açıqlamasını verə bilərlər”, deyə qadın yekunlaşdırıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO