Rusiya Ukraynanın ən böyük silah anbarını yox etdi

Hazırda oxunan: Rusiya Ukraynanın ən böyük silah anbarını yox etdi

70275

Rusiya ordusu son 6 gündə ABŞ və Avropa ölkələrindən Ukraynaya daxil olan silahların saxlanılığı logistika mərkəzini məhv edib.

Bizim.Media xəbər verir ki,  bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bildirib. 

"Yüksək dəqiqlikli raketlərimizlə Lvov şəhərində Ukrayna Qoşunlarının Maddi-Texniki Təchizat Qüvvələrinin 124-cü Birgə Logistika Dəstək Mərkəzinə zərbələr endirilib.

Mərkəzdə saxlanılan ABŞ və Avropa ölkələrindən Ukraynaya gətirilən böyük sayda xarici silahlar məhv edilib", - İ.Konaşenkov vurğulayıb.

O, əlavə edib ki, Rusiya raket qüvvələri və artilleriyası Ukraynanın 331, Aerokosmik Qüvvələrinin operativ-taktiki aviasiyası isə 84 hərbi obyektə zərbələr endirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO