“Mariupol şəhəri artıq mövcud deyil” - Ukraynanın xarici işlər naziri

Hazırda oxunan: “Mariupol şəhəri artıq mövcud deyil” - Ukraynanın xarici işlər naziri

70111

Mariupoldakı vəziyyət hərbi baxımdan ürək ağrıdır. Şəhər artıq mövcud deyil. Ukrayna ordusunun qalıqları və dinc əhalinin böyük bir qrupu faktiki olaraq rus qoşunları tərəfindən mühasirəyə alınıb. Məqsədləri nəyin bahasına olursa-olsun şəhəri yerlə-yeksan etməkdir.

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba CBS News telekanalına müsahibəsində bildirib.

Nazir əlavə edib ki, Ukrayna ordusu döyüşü davam etdirir və Mariupoldakı vəziyyət Rusiya ilə danışıqlarda “qırmızı xətt”ə çevrilə bilər. 

"Buçadan sonra Rusiya tərəfi ilə əlaqəni davam etdirmək xüsusilə çətinləşdi. Prezidentin dediyi kimi, Mariupol qırmızı xətt ola bilər”, deyə o, qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO