Zelenski: “Bayden ABŞ lideri olaraq bura gəlməlidir”

Hazırda oxunan: Zelenski: “Bayden ABŞ lideri olaraq bura gəlməlidir”

70096

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Co Baydenin Kiyevə səfər edəcəyini düşünür.

Bizim.Media xəbər verir ki, Ukrayna Prezidenti bunu CNN telekanalına müsahibəsində deyib.

“Düşünürəm ki, o gələcək. Əlbəttə, qərar onundur. Məsələ təhlükəsizlikdir. Lakin mən düşünürəm ki, o, ABŞ lideri olaraq bura gəlməli və görməlidir”, - deyə Zelenski bildirib.

O, həmçinin deyib ki, Fransa Prezidenti Emmanuel Makronu da Kiyevə dəvət edib.

Ağ Ev isə bir qədər əvvəl bildirmişdi ki, Baydenin planlarında Ukrayna səfəri yoxdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO