ABŞ-ın Ukraynadakı səfirliyi Marqarita Simonyanı “heyvan” adlandırdı

Hazırda oxunan: ABŞ-ın Ukraynadakı səfirliyi Marqarita Simonyanı “heyvan” adlandırdı

70081

Xəbər verdiyimiz kimi, Moskvada yaşayan erməni jurnalist Marqarita Simonyan deyib ki, nasistlər (Ukraynalılar nəzərdə tutulur) etnik zəmində uşaqların gözünü çıxarmağa hazır olanlardır. ABŞ-ın Ukraynadakı səfirliyi rus əsgərləri tərəfindən zorlanan və öldürülən uşaqları, eləcə də Rusiya hərbçilərinin digər cinayətlərini ona  xatırladıb və ermənini “güzgüdə özünə baxan heyvan” adlandırıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiya “segodnya.ua” saytında yer alıb.

"Gəlin aydınlaşdıraq. Rusiya fevralın 24-dən bəri Ukraynada 550-dən çox uşağı öldürüb və ya yaralayıb. Rus əsgərləri onları bombalayıb, atəşə tutub, zorlayıb, güllələyib və zorla deportasiya edib. Güzgüdə özünə baxan heyvan Marqarita", - mesajda deyilir.

Xatırladaq ki, Rusiya Federasiyasının Ukraynaya təcavüzü başlayandan indiyədək 200 uşaq ölüb, 360 uşaq yaralanıb.

"Rus qoşunlarının Ukrayna şəhərlərində aktiv döyüşlər aparması səbəbindən ölən və yaralanan uşaqların faktiki sayını müəyyən etmək mümkün deyil", - Ali Radanın insan hüquqları üzrə komissarı Lyudmila Denisova bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO