Buçada rus hərbçiləri Navalnını güllələdilər – FOTO

Hazırda oxunan: Buçada rus hərbçiləri Navalnını güllələdilər – FOTO

70078

Rusiya müxalifət liderinin adaşını rus hərbçiləri öldürüb.  İlya Navalnının cəsədinin yanında onun pasportu tapılıb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Almaniyanın Bild nəşri yazıb.

Mənbə xatırladır ki, Buçanın işğalı zamanı ruslar yerli sakin 60 yaşlı İlya Navalnıya atəş açıb.

Qətlin şahidi olan insanlar hesab edirlər ki, bu şəxs yalnız Rusiyanın müxalifət lideri Aleksey Navalnının adaşı olduğuna görə öldürülə bilərdi.

Buça şəhərinin 64 yaşlı sakini Mariya Bild-ə bildirib ki, İlya Navalnını yaxşı tanıyır və onu martın 12-də rus əsgərləri tərəfindən güllələnən zaman görüb:

"İlya pilləkənlərlə enən zaman yaşayış binamıza daxil olduq. Ona dedim: çölə çıxma, orada atəş açırlar. Amma yenə də çölə çıxıb siqaret çəkmək istəyirdi. Sonra yenə atəş səslərini eşitdim”.

Bir saatdan sonra Mariya zirzəmidən çıxanda qonşunun meyitini tapıb.

"Onu başından vurublar. Yanında Navalnının adına olan pasportu olub", - o deyib.

"Əsgərlərdən gizləndik və saatlarla zirzəmidə oturduq. Nəhayət, küçəyə qayıdanda onun tamamilə dağılmış avtomobilini və meyitini gördüm".

Nəşr qeyd edir ki, İlya Navalnı Aleksey Navalnının atasının anadan olduğu Çernobıl yaxınlığındakı Zalesye kəndindəndir. Güllələnən Buça sakininin rusiyalı müxalifətçinin qohumu olub-olmadığı məlum deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO