Xerson yaxınlığında ruslar çörək dalınca gedən uşaqları güllələdilər

Hazırda oxunan: Xerson yaxınlığında ruslar çörək dalınca gedən uşaqları güllələdilər

70076

Xerson vilayətinin Qavrilovka kəndində rus əsgərləri çörək üçün mağazaya gedən bir qrup yeniyetməni atəşə tutublar.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Ukrayna mətbuatı yayıb.

Şahidlərin sözlərinə görə, azyaşlılar telefonla danışa-danışa küçə ilə gedərkən həmin vaxt rus qoşunları xəbərdarlıq atəşi açıb.

Uşaqlar qaçmağa başlayanda onları güllələyiblər. Nəticədə uşaqlardan biri yaralanıb. Bu gün isə o, aldığı yaralardan dünyasını dəyişib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO