Ukraynada müharibədə ölən uşaqların sayı 202-yə çatdı

Hazırda oxunan: Ukraynada müharibədə ölən uşaqların sayı 202-yə çatdı

70037

"Rusiyanın Ukraynaya hərbi müdaxiləsi nəticəsində 202 uşaq ölüb, 361 uşaq güllə və qəlpə yarası alıb”.

Bizim.Media xəbər verir ki, məlumatı Ukraynanın Baş Prokurorluğu yayıb.

Bildirilib ki, müharibə nəticəsində 563 uşaq müxtəlif dərəcədə bədən xəsarətləri alıblar.

Uşaqlar daha çox Donetsk, Kiyev, Xarkov, Çerniqov, Nikolayev, Xerson, Luqansk, Zaporojye vilayətlərində, Kiyev, Sumı, Jitomir şəhərlərində xəsarət alıb.

Prokurorluqdan qeyd olunub ki, bu rəqəmlər son göstərici deyil, müvəqqəti işğal altında olan və azad edilən Ukrayna ərazilərində uşaqlarla bağlı informasiyaların toplanması davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO