Baltikyanı ölkələrin və Polşanın prezidentləri Kiyevdə - VİDEO

Hazırda oxunan: Baltikyanı ölkələrin və Polşanın prezidentləri Kiyevdə - VİDEO

69486

Polşa (Anjey Duda), Litva (Gitanas Nayseda), Latviya (Egils Levits) və Estoniya (Alar Karis) prezidentləri Kiyevə gəliblər. 

Bizim.Media “Ukrinform”a istinadən xəbər verir ki, bu barədə Estoniyanın Ukraynadakı səfirliyi “Twitter” səhifəsində məlumat yayıb.

“Estoniya prezidenti Alar Karis həmkarları – Polşa prezidenti Anjey Duda, Litva prezidenti Gitanas NaYseda, Latviya prezidenti Egils Levits ilə birlikdə Kiyevə gəlib”, – postda deyilir.

Qeyd olunur ki, prezident Volodimir Zelenski və digər Ukrayna rəsmiləri ilə görüş planlaşdırılır.

Zelenski Estoniya parlamentinə müraciətində vurğulayıb ki, Ukraynanın paytaxtına bu cür səfərlər indi xüsusi əhəmiyyət kəsb edir, çünki bu, azadlığın bütün avropalı müdafiəçilərinin heç bir siyasi və iqtisadi qarşıdurma olmadan Rusiya Federasiyasına qarşı mübarizədə birləşəcəklərini göstərir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO