Polşa Ukraynaya T-72 tanklarının ilk partiyasını göndərdi - FOTO

Hazırda oxunan: Polşa Ukraynaya T-72 tanklarının ilk partiyasını göndərdi - FOTO

68952

Xəbər verdiyimiz ki, Polşa Amerikadan M1 Abrams tanklarını alacaq. Bu baxımdan öz arsenalında olan 100-ə qədər T-72 tankını Ukraynaya vermək qərarına gəlib. 

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Polşa artıq Ukraynaya T-72 tanklarının ilk partiyasını göndərib. 

Xatırladaq ki, tanklaırn Kiyevə verilməsi ilə bağlı ABŞ  öncədən Polşa ilə danışıqlar aparıb və Ukrayna Silahlı Qüvvələrinə verilməsinə dair qərar qəbul edilib. Üstəlik, ABŞ öhdəlik götürüb ki, M1 Abrams tanklarını da Polşaya tez çatdırılacaq.

Qeyd edək ki, bu günə qədər Polşa 700-dən çox T-72 tankı ilə silahlanıb.  Polşa yaxın gələcəkdə onları arsenalından çıxartmaq fikrindədir.

ABŞ, həmçinin Çexiya, Polşa, Slovakiya və s. kimi ölkələrlə T-72-nin Ukraynaya tədarükü şərtləri ilə bağlı danışıqlar aparır. 

Rusiya Müdafiə Nazirliyinin rəsmi məlumatlarını nəzərə alsaq, Ukrayna zirehli texnikasının əksəriyyəti məhv edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO