Nazirdən ironiya: “Qoy bağlansın, qara bazar isə qalsın”x9d

Nazirdən ironiya: “Qoy bağlansın, qara bazar isə qalsın”x9d

Hazırda oxunan: Nazirdən ironiya: “Qoy bağlansın, qara bazar isə qalsın”x9d

68945
Milli Məclisin son iclasında futbol qumarının ləğvinə çağırış cavabsız qalmayıb. xa0Moderator.az xa0xəbər verir ki, deputat Qüdrət Həsənquliyevin “Topaz”x9dın yığışdırılması təklifi və bu mərc oyunlarının gənclərin həyatına ciddi zərər vurması fikrinə reaksiya verilib. xa0

Gənclər və İdman naziri Azad Rəhimov "Report"a deyib ki, millət vəkillərinin belə bir qərarı qəbul edəcəkləri halda onu dəstəkləyəcək. Nazirin sözlərinə görə, bir vətəndaş və şəxs kimi “Topaz”x9dın bağlanmasına heç bir etiraz etməyəcək: xa0

“Milli Məclis “Topaz”x9dın bağlanması barədə qərar qəbul etsə, mənim fikrim nə ola bilər? Sözsüz ki, dəstəkləyərəm. Ona görə ki, millət vəkillərimiz, Milli Məclis deputatları bütün xalqın seçdikləridir. Onlar hansı qərar qəbul edəcəklərsə, bu, xalqın qərarıdır. Birmənalı! Bir vətəndaş, bir şəxs kimi mənim bu qərara heç bir etirazım ola bilməz”x9d.xa0

Bir məmur kimi isə A.Rəhimovun reaksiyası belə olub: xa0

"Qara bazarla müqayisə etsək, “Topaz”x9d çox yüksək vergi verir, tam şəffaf şirkətdir, dövriyyədən 4,2 faizi idmana xərclənir - bu da tam şəffafdır və pulların hara xərcləndiyini şirkətin saytına baxaraq görə bilərsiniz. Vəsait tam olaraq idmanın inkişafına sərf olunur. xa0

“Topaz”x9d bağlanacaqsa, qoy qalsın qara bazar. Vergisiz. Orda özünü öldürənlər, asanlar və s. hallar çoxdur. Bilməyən insanlar bunu necə istəsələr, interpretasiya edə bilərlər. Qoy, qara bazar işləsin və “Topaz”x9dı, mərc oyunlarını sevməyən insanlar xoşbəxt olsunlar".xa0

"Bəlkə bu məsələni qaldıranlar “Topaz”x9dı deyil, qara bazarı nəzərdə tutublar?" sualını isə nazir bu cür cavablandırıb: xa0

"Bunu mən deyə bilmərəm. Mənim qara bazarla işim yoxdur. Çalışırıq ki, işlər normal, dünyada qəbul olunan prinsiplər əsasında aparılsın. xa0

Bizim yeganə istəyimiz odur ki, qara bazar olmasın. Biznes məsələləri tam nizamlı olsun, vergilər ödənilsin, şəffaflıq olsun. Digər tərəfdən, idmana gələn vəsait bizim üçün böyük dəstəkdir”x9d.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO