BMT: Ukraynanı tərk edənlərin sayı 4,5 milyonu ötdü

Hazırda oxunan: BMT: Ukraynanı tərk edənlərin sayı 4,5 milyonu ötdü

68929

Ukraynanı tərk edən qaçqınların sayı aprelin 9-na olan məlumata görə, 4,5 milyon nəfəri keçib.

Bizim.Media "Ukrinform"a istinadla xəbər verir ki, bu barədə məlumatı Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (UNHCR) yayıb.

Qeyd olunur ki, ölkəni 4 503 954 insan tərk edib.

Onların böyük əksəriyyəti - 2,6 milyon nəfər Polşaya keçib. Rumıniyaya 686 mindən çox, Macarıstana 419 min, Moldovaya təxminən 411 min, Rusiyaya 404 min, Slovakiyaya 314 min və Belarusa 19 min nəfər gedib.

BMT QAK öz hesabatında yazır ki, Ukraynanın 7,1 milyondan çox vətəndaşı məcburi köçkün sayılır, yəni onlar ölkədə qalıb, lakin evlərini tərk etməyə məcbur olublar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO