"AZADLIQ-2015" seçki bloku təsis edildi

Hazırda oxunan: "AZADLIQ-2015" seçki bloku təsis edildi

68918
04 fevral 2015- ci il tarixdə xa0KXCP, Aydınlar, AzDP, BAP, VİP, ALDP, Azadlıq, AXP partiyalarının toplantısı olub. Siyasi Partiyalar 2015- ci il Milli Məclisə seçkilərlə bağlı müzakirələri yekunlaşdıraraq “Azadlıq ”“ 2015”x9d seçki blokunun təsis edilməsi barədə sənəd imzalayıb. Musavat.com xəbər verir ki, partiya sədrlərindən ibarət tərkibdə Blokun Siyasi Şurasının yaradılması və Seçki Qərargahının formalaşdırılması barədə qərar qəbul edilib.xa0

Daha sonra siyasi partiyalar xa0 bu il Azərbaycanda keçiriləcək xa0Birinci Avropa İdman oyunları ilə əlaqədar adı beynəlxalq və milli hüquq müdafiə təşkilatlarının siyhılarında siyasi məhbus kimi keçən bütün şəxslərin əfv, amnistiya, qəti imkan tədbirinin dəyişdirilməsi və s. mümkün hüquqi formalarda azadlığa buraxlması barədə təkliflərin dəstəklənməsi və bu barədə ölkə prezidenti İ. Əliyevə, Milli Məclisin cədri O. Əsədova və həmin oyunların təşkilat komitəsinin sədri, parlamentin deputatı M, Əliyevaya müraciət etmək barədə məsələ müzakirə edib, müvafiq qərara gəliblər.xa0

Toplantıda habelə Qarabağ xa0probleminin həlli üzrə beynəlxalq vasitəçilər sırasına həmsədrlər qismində Türkiyə və Almaniyanın daxil olması təklifinin müdafiə edilməsi haqqında bəyanat qəbul edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO