Ukraynada Puşkinin abidələri sökülür – VİDEO

Hazırda oxunan: Ukraynada Puşkinin abidələri sökülür – VİDEO

68915

Anti-Rusiya isterikasında Ukrayna şəhərlərinin rəhbərliyi dahi rus şairi Aleksandr Puşkinin abidələrini sökmək qərarına gəlib. 

Bizim.Media Ukraynaya məxsus Telegram kanallarına istinadən xəbər verir ki, bu gün Dnepropetrovsk şəhərinin mərkəzindəki Puşkin prospektində abidəyə Z hərfi çəkən fəallar saxlanılsa da, dərhal sərbəst buraxılıblar. 

Mənbə dünən Ternopolda dahi şairin abidəsinin söküldüyünü qeyd edib. Şəhər meri “Ruslara məxsus hər şey sökülməlidir” sözlərini deyib.

Bu həftə Ukraynanın Zakarpatye vilayətinin Mukaçevo şəhərində də Puşkinin büstü götürülüb. Yerli administrasiya sakinlərə bunu “de-rusiyalaşdırma tədbirləri” kimi izah edib.

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO