12 kilometrlik Rusiya hərbi karvanı Xarkova doğru gedir – FOTO

Hazırda oxunan: 12 kilometrlik Rusiya hərbi karvanı Xarkova doğru gedir – FOTO

68903

Ukraynanın UNIAN xəbər agentliyi Maxar Technologies tərəfindən toplanan və təhlil edilən peyk şəkillərini dərc edib.

Bizim.Media CNN-ə istinadən xəbər verir ki, Rusiya hərbi texnikasının 12 kilometrlik kolonnası Xarkova doğru irəliləyir.

Fotoşəkillərə əsasən, uzunluğu təxminən 12,8 km olan Rusiya hərbi karvanı Xarkov vilayətinin Bolşoy Burluk kəndindən cənuba, rayon mərkəzinə doğru hərəkət edir.

Bolşoy Burluk Xarkovdan şərqdə, Rusiya-Ukrayna sərhədinə yaxın ərazidə yerləşir.

Görüntülərdə zirehli maşınlar, yedəyə alınmış artilleriyaya malik yük maşınları və köməkçi avadanlıqlar əks olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO