Zelenski müharibə zamanı nə geyinir: QİYMƏTLƏR - FOTO

Hazırda oxunan: Zelenski müharibə zamanı nə geyinir: QİYMƏTLƏR - FOTO

68880

O, iş kostyumunu və köynəyini futbolka və rahat hərbi üslublu şalvarla dəyişib. 

Bizim.Media “unian.net” saytına istinadən xəbər verir ki, söhbət Rusiya Federasiyasının Ukraynaya qarşı genişmiqyaslı müharibəsi zamanı hətta geyim tərzi ilə belə Ukrayna xalqı ilə birlik nümayiş etdirən Ukrayna prezidenti Volodimir Zelenskidən gedir.

Rus ordusunun hücumundan sonra ukraynalılara ilk müraciəti zamanı Zelenski xaki rəngli köynəkdə görünüb. Və bundan sonra hərbi geyimlər prezidentin geyim stilinə çevrilib.

Bəzi ekspertlər bir vacib məqamı qeyd edirlər. Ukrayna dövlətinin başçısı Ukrayna Silahlı Qüvvələrinin formasını geyinmir, bununla da o, vətəndaşlara hərbçilərin şöhrətini mənimsəmədiyi barədə siqnal verir.

Zelenskinin Hallyard markalı köynəklərinin qiyməti orta hesabla 400-600 qriven təşkil edir. 

Ukrayna prezidenti əsasən Ukraynanın “M-Tac” brendindən xaki rəngli gödəkçələr və hərbi üslublu şalvar geyinir.

Ukrayna dövlət başçısının ayaqqabılarına gəlincə, onlar da ucuzdur. Belə ki, o, Buçaya Saucony idman krassovkası ilə (50 dollar) gəlib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO