Ukraynalı qaçqınlara 9,1 milyard avro yardım ediləcək

Hazırda oxunan: Ukraynalı qaçqınlara 9,1 milyard avro yardım ediləcək

68866

Müharibədə qaçqın düşən ukraynalılara 9,1 milyard avro yardım ayırılacaq.

Bizim.Media xəbər verir ki, bu barədə Polşanın paytaxtı Varşavada keçirilən maliyyə tədbirində qərar qəbul olunub.

Kanada və Avropa Komissiyası ilə yanaşı bir çox ölkələrin nümayəndələrinin də iştirak etdiyi tədbirdə bu məbləğin 1,8 milyard avrosunun Ukrayna daxilindəki məcburi köçkünlərə ayırılması qərara alınıb.

Qalan 7,3 milyard avro Ukraynadan qonşu dövlətlərə sığınan vətəndaşlara ayırılacaq.

Bu məbləğin 4,1 milyardı BMT vasitəsi ilə Ukraynaya yardım kimi, qalan 5 milyard avro isə kredit kimi verilib. (Lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO