Zelenski: "Ukrayna ordusu həlledici döyüşə hazırlaşır"

Hazırda oxunan: Zelenski: "Ukrayna ordusu həlledici döyüşə hazırlaşır"

68832

"Ölkənin cənubunda və şərqində döyüşlər ağır olacaq, lakin Ukrayna öz qələbəsinə inanır".

Bizim.Media UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

O, Ukraynanın döyüşməyə və paralel olaraq Rusiya ilə dialoq aparmağa hazır olduğunu bildirib.

"Ukrayna həmişə danışıqlara hazır olduğunu və müharibəni dayandırmaq üçün istənilən yolları axtaracağını bildirib. Eyni zamanda, təəssüf ki, biz dövlətimizin şərqində mühüm, necə deyərlər, həlledici döyüşə hazırlıq görürük. Bunu söyləmək mənim üçün çətindir və proqnozlarla bağlı məsuliyyəti öz üzərimə götürmək istəmirəm. Dövlətimizin müdafiəsi və daim nümayiş etdirdiyimiz mübarizə üçün məsuliyyəti öz üzərimə götürə bilərəm”, - deyə V.Zelenski bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO