Daha iki ölkə Ukraynanın təhlükəsizliyinin təminatçısı OLACAQ  

Hazırda oxunan: Daha iki ölkə Ukraynanın təhlükəsizliyinin təminatçısı OLACAQ  

68823

Zelenski Ukraynanın təhlükəsizliyinin təminatçıları sırasına Türkiyədən əlavə Hindistan və Çini də əlavə etmək qərarına gəlib.

Bizim.Media xəbər verir ki, Volodimir Zelenski bu barədə Hindistan telekanalına müsahibəsində bildirib.

O, hesab edir ki, Hindistan, Çin və Türkiyə Ukraynanın təhlükəsizliyinin təminatçısı ola bilərlər:

"Hazırda biz təhlükəsizlik qarantları ilə maraqlanırıq. Təhlükəsizliyə zəmanət verənlər arasında isə bizə hansısa təhlükəsizlik zəmanəti verə biləcək aparıcı ölkələri görürük. Təəssüf ki, keçmişdə onlar yox idi. Amma əminəm ki, onlar gələcəkdə olacaqlar.
Təminatçı ölkələr sırasında ABŞ, Böyük Britaniya, Polşa, Almaniya və Fransa da ola bilər. Biz Çinə təhlükəsizliyin təminatçısı olmağı təklif edirik”, - deyə Zelenski qeyd edib. 

Qeyd edək ki, Zelenski bundan əvvəl Türkiyəni Ukrayna üçün təhlükəsizlik təminatlarını təqdim edən ölkə olaraq adlandırmışdı.

Həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Ukraynaya əhəmiyyətli dəstək verdiyini və müharibəni bitirmək üçün bir çox addımlar atdığını vurğulamışdı. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO