Rusiyadan itkilərlə bağlı etiraf: \"Bu, bizim üçün böyük faciədir\" - VİDEO

Hazırda oxunan: Rusiyadan itkilərlə bağlı etiraf: \"Bu, bizim üçün böyük faciədir\" - VİDEO

68568

Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dimitri Peskov "Sky News"-a verdiyi müsahibədə Rusiya Ukraynadakı böyük itkilərini etiraf edib.

Bizim.Media xəbər verir ki, onunla jurnalist arasında maraqlı dialoq yaşanıb:

Jurnalist: Minlərlə əsgər, 6 general, yüzlərlə tank itirdiniz. Bu, alçalmadır?

Peskov: Xeyr, bu, baş verənlərin yanlış anlaşılmasıdır.

Jurnalist: Dediklərimin nəyi pisdir?

Peskov: Demək olar ki, hər şey, hər şey.

Jurnalist: Yaxşı, amma minlərlə insanı itirdiniz?

Peskov: Bəli, bizim əhəmiyyətli itkilərimiz var. Bu, bizim üçün böyük faciədir. Amma iki regiona gəlincə, Kiyev və Çerniqovdan geri çəkilmək danışıqlar zamanı xoşməramlılıq jestidir. Bu regionlarda gərginliyi aradan qaldırmaq və Rusiyanın danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmağa hazır olduğunu göstərmək xoşməramlı akt idi.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO