Ukraynada Ramzan Kadırovun komandiri öldürüldü - FOTO

Hazırda oxunan: Ukraynada Ramzan Kadırovun komandiri öldürüldü - FOTO

67819

Ukraynada Kadırov qruplaşmasının komandiri, Rusiyanın Qroznı şəhərindən olan Ruslan Əzizov (Stinqer ləqəbli) məhv edilib. 

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Ukrayna mediası yayıb.

Mənbə yazır ki, Stinqerin harada məhv edildiyi hələlik bildirilmir. Bu barədə müxalif çeçen bloger Xasan Xalitov Telegram kanalında məlumat verib.

Xalitov Əzizovun məhv edilməsi barədə qohumuna məlumat verən kadırovçulardan birinin telefon danışığının dinlənilməsini yayıb.

Daha sonra o, kadırovçuların öldürülmüş komandirinin şəklini dərc edib: “Stinqer” Stinqeri məhv edəndə” başlığı ilə.

Əzizovun məhv edilməsi ilə bağlı məlumatı Odessa hərbi administrasiyasının spikeri Sergey Bratçuk da təsdiqləyib.

“O, Ukraynaya gəldi və utilizasiya edildiyi üçün video çəkməyə vaxt tapmadı və indi yalnız bir fotoşəkil qaldı. Kadırovçuların özləri isə Stinqer ləqəbli komandirləri Ruslan Əzizovun ölümünü artıq təsdiqləyiblər”, - Sergey Bratçuk özünün Telegram kanalında yazıb (lent.az).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO