Zelenski: “Ukrayna və Rusiya razılaşmaya yaxındırlar”

Zelenski: “Ukrayna və Rusiya razılaşmaya yaxındırlar”

Hazırda oxunan: Zelenski: “Ukrayna və Rusiya razılaşmaya yaxındırlar”
67804
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ukrayna Prezidenti Volodimir Zelenski hesab edir ki, Kiyev və Moskvanın nümayəndələri Ukraynanın nüvəsiz, bloklardan kənar və neytral statusunu nəzərdə tutan razılaşmaya yaxındırlar.

Bizim.Media xəbər verir ki, bu barədə Ukrayna lideri ABŞ-ın CBS telekanalının jurnalistlərinə müsahibəsində bəyan edib. Müsahibənin stenoqramı bazar günü ingilis dilində dərc olunub.

“Biz hesab edirik ki, tərəflər razılaşmaya nail olmağa çox yaxındır”, - deyə Volodimir Zelenski müsahibəsində bildirib. 

O, qeyd edib ki, mümkün razılaşma ölkələrin rəhbərləri səviyyəsində təsdiq olunmalıdır.
Ehtimal olunan razılaşmanın məzmunundan danışan Zelenski əlavə edib ki, Ukrayna nüvəsiz, bloklardan kənar və neytral statusu qəbul edəcək, lakin, eyni zamanda Avropa İttifaqının üzvü olacaq.


“Bu razılaşmanın əsas hissəsi təhlükəsizlik zəmanətidir. Təhlükəsizlik zəmanəti bizim ölkəni dəstəkləyəcək dövlətlər dairəsinin mövcudluğunu nəzərdə tutur. Rusiya tərəfdən təcavüz olduğu təqdirdə, bu ölkələrin liderləri Ukraynaya müxtəlif yollarla kömək edəcəklər”, - deyə Ukrayna Prezidenti vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO