Rusiya Müdafiə Nazirliyi təkzib etdi: Buçada ölənlərin yayılan fotoları “təxribatdır” - VİDEO

Rusiya Müdafiə Nazirliyi təkzib etdi: Buçada ölənlərin yayılan fotoları “təxribatdır” - VİDEO

Hazırda oxunan: Rusiya Müdafiə Nazirliyi təkzib etdi: Buçada ölənlərin yayılan fotoları “təxribatdır” - VİDEO
67792
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Müdafiə Nazirliyi bildirib ki, Kiyev yaxınlığındakı Buça şəhərində həlak olan mülki vətəndaşları əks etdirən foto və videolar “daha bir təxribatdır”.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı Zvezda telekanalı yayıb.

“Buça qəsəbəsi Rusiya Federasiyası Silahlı Qüvvələrinin nəzarətində olduğu müddətdə heç bir yerli sakin zorakılıq hərəkətindən əziyyət çəkməyib”, - deyə mənbə qeyd edib.

Rusiya Müdafiə Nazirliyi, həmçinin Buça materiallarının rus hərbçilərinin şəhəri tərk etməsindən 4 gün sonra ortaya çıxdığının müəmmalı olduğunu deyib.

“Vurğulamaq istərdik ki, Rusiya və Ukrayna arasında Türkiyədə üzbəüz danışıqların ertəsi günü, martın 30-da bütün rus bölmələri Buçanı tamamilə tərk edib. Onsuz da Buça şəhərindən çıxışlar bağlanmamışdı. Bütün yerli sakinlərin qəsəbəni şimal istiqamətində, o cümlədən Belarus Respublikasına sərbəst tərk etmək imkanı var idi”, - deyə Rusiya Müdafiə Nazirliyi vurğulayıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO