Avropa Kiyev yaxınlığındakı qırğınlarla bağlı xəbərlərdən şoka düşdü - FOTO/VİDEO

Hazırda oxunan: Avropa Kiyev yaxınlığındakı qırğınlarla bağlı xəbərlərdən şoka düşdü - FOTO/VİDEO

67791

Avropa Kiyevətrafı qəsəbələrdə dinc əhalinin qətliamına şahidlik edən kadrlardan şoka düşüb.

Bizim.Media xəbər verir ki, bu haqda informasiyanı “Deutsche Welle” nəşri yayıb.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen aprelin 3-də Twitter-də bu cinayətlərə görə məsuliyyət daşıyanların cavab verəcəyinə əminliyini ifadə edib:

"Rusiyanın tərk etdiyi ərazilərdə ağlasığmaz dəhşətlər barədə xəbərlərdən şoka düşdüm. Müstəqil araşdırmaya təcili ehtiyac var".

Böyük Britaniyanın xarici işlər naziri Liz Truss Ukraynanın mülki əhalisinə qarşı törədilən hərəkətləri müharibə cinayəti kimi araşdırmağa çağırıb. Onun sözlərinə görə, Böyük Britaniya Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) müvafiq qərarını dəstəkləyəcək.

“Rusiya qoşunlarının məcburi çıxarılmasından sonra İrpen və Buça kimi yaşayış məntəqələrində dəhşətli cinayətlərə dair daha çox sübutlar var”, - deyə Truss bildirib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell Rusiya hərbçilərinin Ukraynada törətdiyi cinayətlərlə bağlı xəbərdən şoka düşüb. 

"Ukraynanı Kiyev bölgəsinin böyük hissəsinin azad edilməsi münasibətilə təbrik edirəm. Rusiya qoşunlarının vəhşilikləri ilə bağlı xəbərlər sarsıdıcıdır", - Borrell bazar günü Tvitter səhifəsində yazıb. 

O, qeyd edib ki, Avropa İttifaqı Ukraynaya hərbi cinayətlərin sənədləşdirilməsində kömək edir, çünki bütün bu kimi işlərə, xüsusən də Beynəlxalq Ədalət Məhkəməsi baxmalıdır.



Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO