Müharibədən öncə BAŞ VERMİŞ GİZLİ HADİSƏ - Zelenski imtina edib və...

Hazırda oxunan: Müharibədən öncə BAŞ VERMİŞ GİZLİ HADİSƏ - Zelenski imtina edib və...

67698

“The Wall Street" jurnalı Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində rəsmi Avropa, Kiyev və Moskva arasında aparılan danışıqlara dair bəzi detalları dərc edib.

Bizim.Media xəbər verir ki, jurnal müharibənin başlamasına bir neçə gün qalmış Almaniya kansleri Olaf Şolzun Moskva ilə Kiyev arasında münasibətlərin normallaşması üçün son addımı atdığını yazıb. 

O, fevralın 19-da  Münhen Təhlükəsizlik Konfransında iştirak edən Volodimir Zelenskiyə deyib ki, Ukrayna Avro-Atlantik istəklərini təxirə salmalı, NATO-ya üzvlük ideyasından əl çəkməli və Qərblə Rusiya arasında geniş Avropa təhlükəsizlik paktı çərçivəsində neytrallığını elan etməlidir.

"Paktı Ukraynanın təhlükəsizliyinə birgə təminat verəcək Vladimir Putin və Co Bayden imzalamalı idi. Zelenski bildirib ki, Putinə belə bir razılaşmanı dəstəkləmək üçün etibar etmək olmaz və əksər ukraynalılar NATO-ya üzv olmaq istəyirlər", - deyə məqalədə bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO