\"Dnestryanı bölgədə Rusiya qoşunlarının aktivliyi var\" – Ukrayna Baş Qərargahı 

Hazırda oxunan: \"Dnestryanı bölgədə Rusiya qoşunlarının aktivliyi var\" – Ukrayna Baş Qərargahı 

67601

“Slobojanskaya, Donetsk və Luqansk istiqamətlərində gələcək hücum əməliyyatlarında Rusiya qüvvələrin qruplaşmasını gücləndirmək üçün bəzi ərazilərdə qoşunları geri çəkir”. 

Bizim.Media xəbər verir ki, bu barədə Ukraynanın Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Aprelin 1-i Rusiya Müdafiə Nazirliyi aprelin 4-dən mayın 23-dək ehtiyatda olan hərbçilərlə hərbi təlimlərin keçirilməsi barədə qərar qəbul edib. Eyni zamanda, Ukrayna ilə sərhəddə təxribatlar etmək üçün Moldovanın Dnestryanı bölgəsində yerləşən Rusiya qoşunlarının bölmələrinin cəlb edilməsi istiqamətində işlər gücləndirilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynanı tərk edən qaçqınların sayı 4 milyonu ötdü


Ukraynaya qarşı hücuma və ola bilsin hərbi əməliyyatlara hazırlaşmaq məqsədilə Rusiya qoşunlarının və qondarma Dnestryanı Moldova Respublikasının hissələrinin yerdəyişməsi qeyd edilib” – deyə məlumatda qeyd edilib. 

Həmçinin bildirilib ki, Rusiya qüvvələri Luqansk vilayətində xeyli itki verir. 

“Ölən Rusiya işğalçıları döyüş meydanında qalıblar. Eyni zamanda ötən həftə 2-ci Ordu Korpusu adlanan bölmələrdə bərpaolunmaz şəxsi heyət itkisi təxminən 800 nəfər təşkil edib.

Ukrayna Silahlı Qüvvələrinin bir qrup əsgəri sutka ərzində Donetsk və Luqansk istiqamətində düşmənin 9 hücumunu dəf edib. Əsgərlərimiz 8 tank, 44 zirehli texnika, 16 avtomobil və 10 artilleriya qurğusu məhv edib”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO