Ukraynanın neft bazasını vurması ilə bağlı Putinə məruzə olundu

Hazırda oxunan: Ukraynanın neft bazasını vurması ilə bağlı Putinə məruzə olundu

67497

Rusiya Prezidenti Vladimir Putinə Belqoroddakı neft anbarındakı yanğınla bağlı məruzə olunub. Regionun yanacaqla fasiləsiz təmin olunması üçün tədbirlər görülür. 

Bizim.Media xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib. 

“Belqorodda baş verənlər, şübhəsiz ki, Rusiya ilə Ukrayna arasında danışıqların davam etdirilməsi üçün rahat şərait yaratmaq kimi qəbul edilə biləcək məsələ deyil.

Rusiyanın havada Ukrayna üzərində üstünlüyü mütləq faktdır, lakin hüquq-mühafizə orqanları bu hadisəyə qiymət verməlidir” – deyə Peskov bildirib. 

Qeyd edək ki, Ukraynanın Rusiyanın Belqorod şəhərində yerləşən neft anbarına raket zərbələri endirməsi nəticəsində neft anbarındakı çənlərdə yanğın baş verib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO