Roman Abramoviçin zəhərləndiyi təsdiqləndi - Gözləri görmür və... / YENİLƏNİB

Hazırda oxunan: Roman Abramoviçin zəhərləndiyi təsdiqləndi - Gözləri görmür və... / YENİLƏNİB

66824

Roman Abramoviçin mətbuat xidməti rusiyalı oliqarxda  zəhərlənmə əlamətlərinin olduğunu təsdiqləyib.

Bizim.Media xəbər verir ki, onu kimin və hansı kimyəvi maddə ilə zəhərlədiyi haqda heç bir məlumata malik olmadıqları da qeyd edilib.

Britaniyanın "The Guardian" qəzetinin müxbiri Şon Uoker vəziyyətlə birbaşa tanış olan mənbəyə istinadən xəbər verir ki, kimyəvi zəhərlənmə nəticəsində Abramoviç bir neçə saat görmə qabiliyyətini itirib və müalicə üçün Türkiyəyə aparılıb.

*** 20:06

Rusiyalı oliqarx Roman Abramoviç və sülh danışıqlarında iştirak edən Ukrayna nümayəndə heyətinin üzvlərində şübhəli kimyəvi zəhərlənmə əlamətləri üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə "Wall Street" jurnalı məlumat yayıb.

"Martın 3-də Ukraynanın paytaxtında keçirilən görüşdən sonra R.Abramoviç, eləcə də Ukrayna nümayəndələrindən ən azı iki nəfər gözlərində qızarma, ağrı və sulanma, üz və əllərində dərinin soyulması kimi simptomlarla üzləşiblər.

Ertəsi gün, martın 4-də danışıqlarda iştirak edən qrup Rusiya tərəfi ilə qeyri-rəsmi danışıqları davam etdirmək üçün Kiyevdən Lvova, ordan Polşaya, daha sonra İstanbula yola düşüb.
Qeyd edək ki, jurnal bu ayın əvvəlində rusiyalı milyarderin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında Kiyevdə gizli danışıqlar aparıldığını iddia edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO