Zelenskinin Rusiya mediasına müsahibəsinə Moskva qadağa qoydu - YAYIMLANMAYACAQ

Hazırda oxunan: Zelenskinin Rusiya mediasına müsahibəsinə Moskva qadağa qoydu - YAYIMLANMAYACAQ

66649

Bu gün Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı müxalif jurnalistlərə müsahibə verib.

Bizim.Media “unian.net” nəşrinə istinadən xəbər verir ki, Rusiya senzurasının əsas orqanı olan Roskomnadzor dərhal müsahibənin yayımını qadağan edib.

“Bir sıra Rusiya KİV-i, o cümlədən xarici agent funksiyalarını yerinə yetirən xarici media Ukrayna prezidenti Zelenskidən müsahibə alıb. Roskomnadzor Rusiya mediasına xəbərdarlıq edir ki, bu müsahibəni dərc etməkdən imtina etsin. Məsuliyyət dərəcəsinin müəyyən edilməsi və tədbir görülməsi üçün müsahibə götürülmüş media orqanlarına qarşı yoxlamalara başlanıb”, - deyə qurumdan verilən açıqlamada bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO