Ukraynada azərbaycanlı zabit ailəsi ilə birgə itkin düşüb - FOTO

Hazırda oxunan: Ukraynada azərbaycanlı zabit ailəsi ilə birgə itkin düşüb - FOTO

66553

Ukraynanın Mariupol şəhərində yaşayan azərbaycanlı Ruslan Musayev artıq 25 gündür ailəsi ilə birlikdə itkin düşüb. 

Bizim.Media xəbər verir ki, bunu “Report”a R.Musayevin qohumu Sabina Abdullayeva deyib. 
Onun sözlərinə görə, Ruslan Musayevlə sonuncu dəfə martın 1-də əlaqə saxlayıblar. 

“Ruslan və ailəsi ilə sonuncu dəfə martın 1-də telefonla danışmışıq. Həmin gündən sonra o, həyat yoldaşı Alyona Musayeva və azyaşlı oğlu Dəmir Musayev barədə məlumatımız yoxdur. 
Ruslan Mariupol şəhərinin Polis İdarəsinin zabitidir. O, polisdəki nümunəvi xidmətinə görə dəfələrlə fərqlənib və mükafatlar alıb”. 

S.Abdullayeva qeyd edib ki, R.Musayevin atası Ukrayna polisində çalışıb və hazırda təqaüddədir: 

“Ruslanın atası Xudat Musayev Berdyansk şəhərindədir. Eyni zamanda, Ruslanın bacısı Kristina da hazırda polisdə çalışır. Bir neçə həftə idi ki, Kristina ilə də əlaqəmiz itmişdi. Lakin martın 24-dən onunla əlaqə saxlaya bilirik. Təəssüf ki, Ruslan və ailəsi barədə məlumatsızıq. Buna görə də çox nigaranıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO