“Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski

“Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski

Hazırda oxunan: “Rusiya bir ayda 16 mindən çox hərbçisini itirib” - Zelenski
66510
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir aydır davam edən Rusiya-Ukrayna müharibəsində rus ordusunun 16 min canlı qüvvəsini itirdiyi bildirilir.

Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski müharibənin 31-cü günündə açıqlamada bunu deyib:

“Rusiyanın itkiləri 16 min nəfəri keçib. Əsgərlərimiz Rusiyanın hücumlarının qarşısını alaraq, Rusiya rəhbərliyini sadə və məntiqli bir fikrə yönəldir: Biz danışmalıyıq. Təcili, ədalətli və nəticəyönümlü danışmalıyıq".
Ukrayna Baş Qərargahı isə bir gündə Rusiya ordusuna aid daha 42 hərbi maşının məhv edildiyini bildirib.

Açıqlamada məhv edilən maşınlar arasında 3 təyyarə, 3 pilotsuz uçuş aparatı və 8 tankın olduğu qeyd edilib. Ukrayna baş nazirinin müavini İrina Vereşçuk isə son sutkada iki humanitar dəhlizin fəaliyyət göstərdiyini və bu dəhlizlər vasitəsilə 7331 ukraynalının təhlükəsiz bölgələrə təxliyə edildiyini deyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO